!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TBMM sabah İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirəcək

!Reklam – Yazi

Türkiyə parlamenti çərşənbə axşamı, yanvarın 23-də İsveçin NATO-ya daxil olması ilə bağlı səsvermə keçirə bilər.

Trend xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Telekanalın məlumatına görə, İsveçin NATO-ya daxil olması ilə bağlı protokol parlamentin gündəliyinə daxil ediləcək. Parlament müzakirələrindən sonra İsveçin NATO-ya üzvlüyünü nəzərdə tutan protokolun səsverməyə çıxarılacağı gözlənilir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın İsveçin alyansa daxil olmasını tezliklə ratifikasiya edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Stokholmun üzv olması NATO-nu daha da gücləndirəcək.

Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanması fonunda İsveç və Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Helsinki 2023-cü ilin aprelində rəsmi olaraq bloka üzv olub. İsveç Türkiyə ilə fikir ayrılıqları da daxil olmaqla, hələ də alyansa qoşulmayıb./Trend/

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv