!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TBMM sədri Numan Kurtulmuş Azərbaycana səfər etdi

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfər edib.

Bu barədə Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir. Kurtulmuş Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov, habelə digər rəsmilərlə görüşəcək.

Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı qarşılayıblar.

Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş Azərbaycanla təmasları çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq, Milli Məclisin sədri xanım Qafarova və Baş nazir Əli Əsədovla görüşəcək.

Kurtulmuş Bakıda TÜRKPA Baş Katibliyini və Şəhidlər Xiyabanını ziyarət edəcək.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv