!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“TCG Anadolu” suya buraxıldı - VİDEO

!Reklam – Yazi

Bu gün Türkiyənin ilk aviadaşıyıcısı “TCG Anadolu” suya buraxılıb.

Yenicag.az xəbər verir ki, rəsmi mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak edib.

“TCG Anadolu” TSQ-nin dünya sürətlə ikinci soyuq müharibəyə doğru irəlilədiyi bir vaxtda transformasiyasını təmsil edir. Qeyd edilir ki, gəminin Türk Silahlı Qüvvələrinin güclənməsində müstəsna rolu olacaq.

“TCG Anadolu”nun gövdəsinə silahlı pilotsuz uçuş aparatları da enə biləcək. Türk Silahlı Qüvvələrinə aid olan bu gəmi, həmçinin müttəfiq ölkələrindən olan gəmilərlə də birgə əməliyyatlar keçirəcək.

Qeyd edək ki, “TCG Anadolu” Çox Məqsədli Amfibiya Hücum Gəmisi Layihəsi, Dəniz Qüvvələrinin Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015–ci ildə hazırlanıb. 2019–cu ilin may ayında suya buraxılan gəmi 2022 – ci ilin iyununda dəniz qəbulu sınaqlarına başlayıb. Bildirilib ki, İstanbulun Tuzla şəhərində Sədəf Gəmiqayırma Zavodunun əsas podratçısı altında inşa edilib. Yerli nisbəti təxminən 70 faiz olan layihədə 131 subpodraçı, o cümlədən universitet və tədqiqat mərkəzləri iştirak edib.

***

Dünyanın ilk SİHA gəmisi “TCG Anadolu” bu gün təslim ediləcək.

Yenicag.az xəbər verir ki, “TCG Anadolu” Prezident Ərdoğanın da qatılacağı mərasimdə Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

TCG Anadolu, üzərinə qalxıb enəcək SİHA – larla dünyanın “ilk SİHA – gəmisi” olacaq. Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı donanmanın xidmətində istifadə ediləcək.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv