!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TDT ölkələri Azərbaycan-Ermənistan normallaşma prosesini dəstəkləyir

!Reklam – Yazi

Türk Dövlətləri Təşkilatı Azərbaycanla Ermənistan arasında normallaşma prosesini qarşılıqlı olaraq suverenlik, ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının təmin edilməsi əsasında dəstəkləyir.

Yenicag.az xəbər verir ki, bu barədə Astanada Təşkilatın “Türk Əsri” şüarı altında keçirilən 10-cu yubiley Zirvə görüşünün yekun bəyannaməsində deyilir.

Bəyanata imza atan türk dövlətləri lideriləri sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi əsasında normallaşmaya dəstək verdiklərini bir daha təsdiqləyiblər.

Həmçinin, bəyanatda liderlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı Orta Dəhlizin bir hissəsi olan Şərqi Zəngəzur İqtisadi rayonu və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, habelə Çin-Qırğızıstan-Özbəkistan, Qazaxıstan-Türkmənistan-İran və Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər kimi dəmir yolu xətlərinin əhəmiyyətini nəzərə alaraq multimodal daşıma yollarının genişlənməsinin vacibliyini vurğulayıblar.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv