!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teatrlardan didərgin salınan TANINMIŞ AKTRİSA: “O statusda deyilik ki, kimlərəsə yalvaraq”

!Reklam – Yazi

“İllərdir, bu sənətdə can qoymuşam, nə vaxta qədər gözləməli olacam?”.

Bu sözləri səhnədən uzaq salınmasından şikayətlənən tanınmış aktrisa Sonaxanım Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa illərdir ki, heç bir teatrda işləmədiyini və çalışmaq üçün müraciət etdiyi teatrlardan rədd cavabı aldığını deyib:

“Əvvəllər Gənc Tamaşaçılar Teatrında çalışırdım. Amma hazırda işsizəm. Dəfələrlə teatrlara müraciət etmişəm, amma rədd cavabı almışam. Deyirlər, boş yerimiz yoxdur.

Mən nə vaxta qədər gözləyəcəm, axı ömür gedir, yaş keçir. Mənim də tamaşaçı kütləm var, onlar məni canlı olaraq izləmək istəyirlər. Hara gedirəm, soruşurlar, Sona xanım hansı yeni tamaşanız var, gəlib sizi səhnədə görmək istəyirik.

Çox pis oluram. İllərdir, bu sənətdə can qoymuşam, nə vaxta qədər gözləməli olacam? Bilmirəm, kimə müraciət edim, neyləyim? Tək mən deyiləm, mənim kimi nə qədər peşəkar aktrisa və aktyorlar var ki, işsizik, gözləyirik.

Heç nə vaxtsa işləyəcəyimizə belə ümidimiz yoxdur. Axı o yaşda, o statusda deyilik ki, qapılar döyək, kimlərəsə yalvaraq. Niyə axı teatrların qapısı üzümə bağlanmalıdır?”

Cəvahir

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv