!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB-dən iki aydır tapılmayan dərmanla bağlı - AÇIQLAMA

!Reklam – Yazi

“Artıq iki aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatı (Somatotrop hormon, somatropin, qiyməti təqribən 200 AZN-dir) TƏBİB tərəfindən xəstələrə verilmir”.

Yenicag.az xəbər verir ki, bu iddia ilə sosial şəbəkə hesabında həkim Aydın Əliyev çıxış edib.

O qeyd edib ki, qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Həkimin sözlərinə görə, valideynlər dərmanı özləri almaq məcburiyyətində qalıblar ki, bu da bahalı olduğundan hər valideynin büdcəsinə uyğun deyi. Əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər.

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan hazırda belə bir problemin olduğunu təsdiqlədilər. Bildirildi ki, TƏBİB tərəfindən problemin aradan qaldırılması üçün iş aparılır: “Uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən istehsal olunur. 2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb.

Yaranmış problemin aradan qaldırılması məqsədilə TƏBİB tərəfindən dərhal zəruri addımlar atılıb. Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub”.

Qeyd edək ki, həmin preparatdan məqsədyönlü istifadəni təmin etmək üçün yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks-göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələr üçün təmin olunur./qafqazinfo

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv