!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB həkimin ittihamlarına cavab verdi - RƏSMİ

!Reklam – Yazi

TƏBİB uşaqlara boyun artırılması məqsədi ilə verilən “Norditropin” preparatının tapılmaması və onun “öz adamlarına” verilməsi ilə bağlı həkim Aydın Əliyevin ittihamlarına cavab verib.

Yenicag.az xəbər verir ki, qurumdan Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olun dərman vasitəsi “Novo Nordisk” dərman şirkəti tərəfindən istehsal olunur:

“2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb”.

TƏBİB yaranmış problemin aradan qaldırılması məqsədilə dərhal zəruri addımlar atıldığını əlavə edib:

“Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub. Həmin preparatdan məqsədyönlü istifadəni təmin etmək üçün yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks-göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələr üçün təmin olunur”.

Qeyd edək ki, həkim Aydın Əliyev Dövlət tərəfindən uşaqlara boyun artırılması məqsədi ilə verilən Norditropin preparatının tapılmaması ilə bağlı açıqlama yayıb. Həkim bildirib ki, 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatı (Somatotrop hormon, somatropin) TƏBİB tərəfindən xəstələrə verilmir:

“Dərmanın qiyməti təqribən 200 AZN-dir. Daha doğrusu “öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə “naməlum” və “qaranlıq”.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv