!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB-in yeni veb-saytı təqdim edildi

!Reklam – Yazi

TƏBİB-in yeni yaradılan veb-saytı ( www.tabib.gov.az ) təqdim edilib.

Yenicag.az xəbər verir ki, təqdimatı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova edib.

O bildirib ki, vətəndaşlar kompüter və mobil cihazlardan sayta rahatlıqla daxil ola bilərlər: “Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.

Z.Ədilova əlavə edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək: “Bu gündən etibarən, həm də TƏBİB-in Çağrı mərkəzi istifadəyə verilib. Vətəndaşlar 815 qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv