!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏBİB modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayını açıqladı

!Reklam – Yazi

Hazırda TƏBİB-in tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün 1 modul tipli xəstəxana fəaliyyət göstərir.

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib:

“Burada ümumilikdə 370 çarpayılıq yer mövcuddur. Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur”.

TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada müalicə alan koronaviruslu xəstələrin sayı da açıqlanıb.

“Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i Reanimasiya şöbəsindədir. Şöbədə olanlardan 1 nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”, – deyə cavabda bildirilib.

Qeyd edək ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv