!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbii ehtiyat SAVAŞLARI: 8 ölkənin Arktikada kəsişən mənafeyi gərginliyi artırır - ARAŞDIRMA

!Reklam – Yazi

“Tarixdə ilk dəfə olaraq Çin, Rusiya və ABŞ donanması Alyaskada qarşı-qarşıya gəlib. ABŞ-dəki hesabatlar və Rusiyanın dəyişən strategiya sənədi Arktika gərginliyini yenidən oyadıb. Rusiya bölgəyə əlavə 10 min əsgər göndərməyə hazırlaşır və iqtisadi hüquqlar tələb edir”.

Yenicag.az xəbər verir ki, bu barədə “Arktika” nəşri yazıb.

Araçdırmada qeyd olunub ki, gözlənilən gərginliyi ərazinin təbii ehtiyatlarla zəngin olması labüd edir. Belə ki, bölgədə 90 milyard barel neft, 48 trilyon kubmetr təbii qaz və 44 milyard barrel təbii qaz ehtiyatı var. Bu rəqəmlərə dünya neft ehtiyatlarının 6 faizi və təbii qaz ehtiyatlarının təxminən 25 faizini təşkil edir.

“27 milyon km-lik Arktika bölgəsində 8 ölkənin, yəni ABŞ, Rusiya, Kanada, Danimarka, İslandiya, Norveç, İsveç və Finlandiyanın sahil xətti var. Sahil ölkələri həm də 1996-cı ildə Ottava Bəyannaməsi ilə regionda sabitliyi təmin etmək məqsədilə Arktika Şurasını yaradan dövlətlərdir. Bölgədəki iki böyük güc – ABŞ və Rusiyanın iqtisadi və hərbi strategiyalarını müəyyən edən milli arktik siyasətləri var. Rusiya 2014-cü ildən bəri bölgədə hərbi varlığını qoruyub saxlayır və ölkənin donanmasının üçdə ikisi bu bölgədə yerləşir”, – deyə məqalədə qeyd olunur.

Araşdırmada həmçinin Rusiyanın sahil zolağının 50 faizindən çoxuna sahib ölkə olaraq bölgədəki 50 hərbi obyektinin sayını artırmağı və əraziyə əlavə 10 min hərbçi yerləşdirməyi planlaşdırdığı vurğulanıb.

“ABŞ-la gərginliyə səbəb olacaq ən mühüm amil Rusiyanın yeraltı sərvətlərə malik bölgələri eksklüziv iqtisadi zona elan etməsidir. Strategiya sənədinin səkkizinci maddəsində “Rusiyanın regionda nəzarətini zəiflədəcək ölkələrə qarşı çıxmaq və Arktika regionunda xarici dəniz qüvvələrinin mövcudluğunun genişlənməsinin qarşısını almaq” ifadəsi mümkün gərginliklərə qapı açır”, – məqalədə yazılır.

Nəsimi Ələsgərli

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv