!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbii fəlakətlərdən maksimum QORUNMAQ: Vətəndaşlar hansı qaydalara əməl etməlidirlər?

!Reklam – Yazi

“Bütün vətəndaşların təbii fəlakətlər zamanı nə etməli, necə davranmalı, nələri koordinasiyalı yerinə yetirməli olduqlarını bilmələri üçün mənəvi, psixoloji, praktiki olaraq bütün təhlükə risklərinə qarşı bilik və bacarıqlarının olması vacibdir”.

Bu fikirləri təbii fəlakətlər, xüsusilə zəlzələlər zamanı davranış qaydaları barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakətlərdən tam sığortalanmaq mümkün deyil:

“Yalnız önləyici tədbirlər görmək, hadisələr zamanı düzgün davranış sərgiləməklə hadisədən minimal zərərlə qurtulmaq olur. Ona görə də bütün vətəndaşların təbii fəlakətlər zamanı nə etməli, necə davranmalı, nələri koordinasiyalı yerinə yetirməli olduqlarını bilmələri üçün mənəvi, psixoloji, praktiki olaraq bütün təhlükə risklərinə qarşı bilik və bacarıqlarının olması vacibdir. Vətəndaşlar ən azı bunu təcrübədə keçməlidir.

Zəlzələ zamanı insanlar əgər evdədirlərsə, hadisədən öncə planlaşdırdığı yerdə olmalıdırlar. Bütün ailə üzvləri evdə daha etibarlı və möhkəm yer seçməlidirlər. Bu, qapı arakəsmələri, yataq dəstinin altı, evdə mövcud olan hər hansı dolabın aşağı hissəsi də ola bilər. Fərdlər orada əyilərək gözləyib titrəyişlər bitdikdən sonra, əgər hər şey qaydasındadır və hər hansı dağıntı yoxdursa, digər prosesləri yerinə yetirməlidirlər. Öncədən planlaşdırlan yerlərə toplaşma ona görə məsləhət görülür ki, tavan çökərsə, insanların üzərinə hər hansı dəmir yaxud daş parçası düşməsin”.

Mütəxəssis əlavə edib ki, bu cür hadisələr zamanı təhlükəsizlik çantasını götürərək evi tərk etmək lazımdır ki, bir də evə geri dönmək ehtiyacı yaranmasın:

“Zəlzələ zamanı çoxmənzilli yaşayış binalarında liftdən istifadə etməmək lazımdır. Pilləkən qəfəsləri ilə evi qısa bir zamanda tərk etmək, yalnız aidiyyəti qurumların göstərişindən sonra evə qayıtmaq olar. Təcrübədə bu kimi praktikalar çox baş verib. Belə ki, zəlzələdən salamat şəkildə xilas olan şəxslər evə geri dönüş etdikdə növbəti təkanların baş verməsi nəticəsində onun qurbanına çevrilib, yaxud daha ağır xəsarət almaları ilə nəticələnib. Ona görə də evə geri dönüşü koordinasiya edən qurumların göstərişi ilə həyata keçirmək lazımdır. Hər bir ailədə təhlükəsizlik çantası olmalıdır. Bu cür hadisələr zamanı təhlükəsizlik çantasını götürərək evi tərk etmək lazımdır ki, bir də evə geri dönmək ehtiyacı yaranmasın. Həmin çantanın içində lazımlı sənədlər, qiymətli kağızlar, birdəfəlik qidalar, su, fənər, fit kimi əşyalar qoymaq lazımdır ki, hadisə zamanı dağıntı altında qalanda bu əşyalar vasitəsilə xilas etməyə gələn şəxslərə siqnal ötürmək mümkün olsun. Həyətə çıxdıqda isə mütləq daha təhlükəsiz yerdə, yəni insanların təhlükəsiz toplanış yerində dayanmaq lazımdır. Yəni hər hansı yarımtikilinin altında dayanmaq olmaz. Təəssüf ki, bəzən insanlar buna əməl etmirlər. Bu kimi hadisələr zamanı, ən əsası, həyacanlanmamaq və maksimum dərəcədə diqqətli olmaq lazımdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv