!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təbii meyvə şirələrinin orqanizmə ZƏRƏRLƏRİ: Bu xəstəlikləri yaratma riski var

!Reklam – Yazi

“Müxtəlif meyvə dadlı, gözəl görüntülü, qiyməti o qədər də baha olmayan bu meyvə suları əslində sağlamlığımızın düşmənidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında marketlərdə təbii adı ilə satılan meyvə şirələrinin zərərləri haqda danışan sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov deyib.

Onun sözlərinə görə, bu içkilər qazlı şirələrlə müqayisədə daha zərərsizdir:

“Bu gün ticarət mərkəzləri, marketlərdə uşaqların asanlıqla görüb əldə edə biləcəyi hazır meyvə şirələri satılır. Müxtəlif meyvə dadlı, gözəl görüntülü, qiyməti o qədər də baha olmayan bu meyvə suları əslində, sağlamlığımızın düşmənidir. Düzdür, düşünürəm ki, qazlı və şəkərli içkilərdən uzaqlaşmaq üçün bu şirələr daha zərərsiz olsa da, müəyyən qədər diqqətli olmaq lazımdır. Ona görə də ürəyimiz hər istəyəndə tərkibini oxumadan bu meyvə şirələrini alıb içmək məqsədəuyğun deyil”.

Ekspert əlavə edib ki, bu cür şirələr əvəzinə əsl meyvəni sıxaraq, şirəsini qəbul etmək daha faydalıdır:

Bu meyvə şirələrinin tərkibində yüksək miqdarda şəkər, qlükoza, meyvə dadı verən dadlandırıcılar, fruktoza, qoruyucular və müxtəlif kimyəvi qatqılar var. Bu isə metobolizmimiz üçün ziyanlıdır. Bu içkilərin davamlı şəkildə qəbulu piylənmə, şəkər, hətta xərçəng xəstəliyinə belə səbəb ola bilər. Nəzərə alsaq ki, bu cür hazır “təbii” meyvə sularını daha çox uşaqlar sevir. Bu zaman məsələ bir az da ciddiləşir.

Ümumiyyətlə, özümüz və övladlarımızın sağlamlığı bizim seçimlərimizlə bağlıdır. Bu cür şirələr əvəzinə, miqdarına fikir vermək şərti ilə əsl meyvənin şirəsini içmək daha faydalıdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv