!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təcavüzə məruz qalan azyaşlı qızlar: KİMDİR MÜQƏSSİR? - Sosioloqdan XİLAS YOLU

!Reklam – Yazi

Son vaxtlar “ azyaşlı qız zorlandı”, “məktəbli qız təcavüzə məruz qaldı”, ”zorlanan yeniyetmə abort olundu” kimi xəbərlərlə tez-tez qarşılaşırıq. Ən son bir neçə gün öncə paytaxt Bakıda 15 yaşlı qızın zorlanması, hamilə qalması və abort olunması xəbəri yayıldı.

Cəmiyyətdə günü-gündən artan bu hadisələrin baş verməsinə səbəb nədir? Bu hadisələrin qarşısını necə almalı?

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu bunun səbəblərini Yenicag.az-a açıqlayıb.


O, bu cür hadisələrin çoxalmasının bir səbəbini də sosial şəbəkələrdə gördüyünü vurğulayıb:

“Bunun əsas səbəblərindən biri budur ki, indiki cəmiyyət məzmun və mahiyyətcə dəyişib. 30-40 il əvvəlki cəmiyyət deyil. İnformasiya məkanı da tamamən dəyişib. Sosial şəbəkələrdə senzura yoxdur, açıq şəkildə erotik materiallar yerləşdirilir. Bir qisim insanlar bunu kommersiya məqsədi ilə, bir qisim əxlaqsızlığı yaymaq üçün istifadə edir. İstənilən şəxs internetdə erotik videolara baxa bilir. Baxdıqca da şüuraltı təsəvvür yaranır. Bütün bunlar dəyərlər sistemimizdə arzuolunmayan dəyişikliklər yaradıb. Dəyişən yeni mühitdə əxlaqi dəyərləri qorumaq üçün lazım olan işləri görmürük. Amma buna böyük ehtiyac var. Azərbaycan mənəviyyat sistemi əxlaqi dəyərlər sistemi ilə nəfəs alır. Bu gün öz mənəviyyat sistemimizi böyük təhlükə altına qoyuruq. Ona görə də belə hadisələr baş alıb gedir”.

Sosioloq belə hadisələrin qarşısının alınması üçün çıxış yolunu göstərib:

“Bunun üçün əlimdə hazır layihələr var. Dəfələrlə bu barədə təkliflər irəli sürmüşəm. Təhsil müəssisələri ilə validenlər arasında əlaqə gücləndirilməlidir. Məktəblərdə tədrisə müasir həyat üçün vacib olan əlavə fənn daxil olmalıdır. Bu fənni tədris edənlər yüksək peşəkarlığa və bilgilərə malik olmalıdır. Valideynlərdən sosial işçi kimi istifadə olunmalıdır, onlar təlimatlandırılmalıdır. Bütün bu işlər görülmədiyi üçün belə hadisələrin də sayı günü-gündən artmaqdadır”.

Cəvahir

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv