!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təcavüzkar ölkənin öhdəliyi: "Ermənistanı vurduğu ziyana görə sıxışdırıb təzminat almaq lazımdır"

!Reklam – Yazi

“Ərdoğanın dediyi kimi, Ermənistanı vurduğu ziyana görə sıxışdırıb təzminat almaq lazımdır”.

Bu sözləri Ermənistanın işğalçılıq nəticəsində Azərbaycana dəymiş ziyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılışı zamanı Ermənistan tərəfinin bu hərəkətinə görə təzminat ödəməlidir məsələsini gündəmə gətirməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistan Azərbaycana təzminat ödəməlidir:

“Təcavüzkar ölkə vurduğu ziyana, talançılığa, xalqa vurduğu maddi və mənəvi zərərə görə həmişə təzminat ödəyib. Almaniya İkinci Dünya Müharibəsində vurduğu ziyana görə xalqlara təzminat ödəyir. Hətta Polşa bu yaxınlarda Almaniyaya qarşı iddia irəli sürdü ki, vurduğu ziyana görə 15 milyard avro təzminat ödəməlidir. Təzminat məsələsi bütün müharibələrin sonunda təcavüzkar dövlət tərəfindən təcavüzə məruz qalmış ölkələrə ödənilməli olan pul miqdarıdır. Bunu ödəməyi beynəlxalq təşkilatlar təcavüzkar dövlətin boynuna qoyurlar. Azərbaycan tərəfi də təzminat məsələsini qaldırıb. Hətta bununla bağlı ekspertlər şurası da yaradılmışdı. Xaricdən də ekspertlər dəvət edilib. Azərbaycan ekspertləri belə hesab edir ki, Azərbaycana dəyən ziyan 250 milyard dollardır. Beynəlxalq ekspertlər isə bu zərəri 70 milyard dollar göstərir.

Azərbaycan təzminat məsələsini istənilən halda gündəmə gətirməlidir. Ərdoğanın dediyi kimi, onları bu nöqteyi nəzərdən sıxışdırmaq lazımdır. 20 faiz ərazini işğal edəsən, həmin ərazidə daşı-daş üstündə qaymayasan, qarşılığında heç nə verməyəsən. Bu mümkün deyil. Təzminat məsələsi baş verməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv