!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏCİLİ: Fazil Mustafaya sui-qəsdin təfərrüatı bəlli oldu - YENİLƏNDİ 2 / FOTO

!Reklam – Yazi

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd təşəbbüsünün detalları bəlli olub.

Yenicag.az “Musavat.com”a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb.

F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri “Musavat.com”a bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

***22:44

Millət vəkili Fazil Mustafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, F. Mustafa evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib. Hazırda vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

***22:29

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Yenicag.az “Musavat”a istinadən xəbər verir ki, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb.

www.yenicag.az

2817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv