Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TƏCİLİ! İdlib bölgəsinə hava hücumu - 2 əsgər şəhid oldu, 5 nəfər yaralandı

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

Yenicag.az Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Suriyanın şimalında, İdlib vilayətində Türkiyə ordusunun 2 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Rusiyanın bu mövqeləri bombalaması Suriya ordusuna hücumları dəf etməyə imkan verib.

Məlumatda o da vurğulanıb ki, aviazərbələr nəticəsində terrorçuların 50-dən artıq rejim ünsürü, 5 tank, 2 zirehli maşın, 2 silahlı pikap, 1 top məhv edilib.

“Şəhidlərimizin qanı indiyə kimi yerdə qalmadı və bundan sonra da qalmayacaq! Həyatını itirən əziz şəhidlərimizin ailələrinə başsağlığı və səbr diləyirik, yaralanan əsgərlərimizə isə tez bir zamanda sağalmasını arzu edirik.” deyə qeyd edilib.

 

Loading...

www.yenicag.az

458