!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təcili tibbi yardıma yalan çağırışın CƏZASI: “Məsuliyyətsiz davranışlar üzündən...”

!Reklam – Yazi

“Təcili tibbi yardımla bağlı yaranan neqativ halların başlıca səbəbi yalan çağırışların artmasıdır”.

Bu fikirləri 103 xidmətinə yalandan müraciət etmə hallarının qarşısının alınmasının vacibliyinə toxunan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təcili tibbi yardım üçün yalan çağırış edənlərə qarşı cərimələrin artırılmasına ehtiyac var.

“Ağır vəziyyətdə olan insana yerində yardım göstərilməsi və xəstəxanaya gətirilməsi təcili təxirəsalınmaz tibbi yardımın əsas prinsipidir. Bu məsələyə ciddi yanaşılmalıdır.

Həmçinin təcili tibbi yardım xidmətinə əsassız müracət erdənlərin sayı da çoxdur. Düşünürəm ki, təcili tibbi yardıma yalan çağırış edənlərə qarşı cərimələr artırılsa, bu kimi hallar baş verməz. Sadəcə, təcili tibbi yardınm xidməti deyil, digər “qaynar xətt” xidmətlərinə də yalan müraciət edənlərə qarşı cərimələr təbiq edilməlidir.

Tıxacların ciddi vaxt itkisinə səbəb olduğu bir zamanda təcili tibbi yardım xidmətini mənasız yerə məşgul etmək olmaz. Çünki bu məsuliyyətsiz davranış təxirəsalınmaz yardıma ehtiyacı olan şəxslərin həyatı bahasına başa gələ bilər”.

Nuray Məmmədzadə

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv