!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təcili Tibbi Yardımın LƏĞVİ: “Sağlamlıqla bağlı verilən qərarlar xalqın xeyrinədir"

!Reklam – Yazi

“Həm prezidentin görəcəyi işlər, həm də vətəndaşların öz hüquqlarını, sağlamlıq üzrə verilmiş qərarları tələb etməsi ölkəmizdə demokratik dəyişikliyi xalqın xeyrinə çevirəcəyinə inanıram”.

Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ləğv olunmasına münasibət bildirən Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti Aydın Əliyev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda qəbul edilmiş qərarların icrası üzrə axsamalar olur:

“Vətəndaşların bir çox problemlərinin qaynaqlanmasına səbəb məhz budur. Əhali qanunun icrasını tələb etmək üçün maarifləndirilməlidir. Müasir dövrdə elə vəziyyətdəyik ki, işləməyən qanunları da vətəndaş olaraq tələb etməliyik. Bir çoxu hüquqları bilmədiyi üçün qanunları da tələb edə bilmir.

Azərbaycanda olan digər problemlərdən biri isə bir sahəyə bir neçə komitənin baxmasıdır. TƏBİB, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi birləşərək bir sahədə fəaliyyət göstərməlidir. Belə olsa, büdcəmiz əlavə yüklərdən qurtular.

İnanıram ki, Qarabağı işğaldan azad edən qüdrətli prezident İlham Əliyev ölkə daxilindəki bu məsələlərə əl gəzdirəcək. Çünki o, ölkə daxilində 13-14 iqtisadi zona olacağını, əlavə iş yerləri, qanunların işləməyinə mane olan çoxsaylı büokratik aparatı azaldacağını bəyan edib. Həm prezidentin görəcəyi işlər, həm də vətəndaşların öz hüquqlarını, sağlamlıq üzrə verilmiş qərarları tələb etməsi ölkəmizdə demokratik dəyişikliyi xalqın xeyrinə çevirəcəyinə inanıram. Ancaq bunu tezləşdirmək istəyiriksə, fəal olmalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv