!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tədbirə gedən məktəb direktoru qəzada öldü - FOTOLAR

!Reklam – Yazi

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, dünən saat 12:30 radələrində rayonun Xanbulan kənd ərazisində Liman qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Məmmədov Ramiz Şahvələd oğlunun idarə etdiyi “Nissan” markalı minik avtomobili qarşıdan gələn avtobusla toqquşub. Nəticədə R.Məmmədov və 2 sərnişini ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən şəxslərdən Ramiz Məmmədov qısa müddət sonra vəfat edib.

Bildirilir ki, R.Məmmədov vaxtilə dərs dediyi Lənkəran şəhər 3 nömrəli məktəbin məzunlarının məktəbi bitirmələrinin 30 illiyi ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirə gedərkən qəzaya düşüb.

//qafqazinfo

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv