!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tədqiqat yönümlü universitetlərin ƏHƏMİYYƏTİ: “Yeni hazırlanan ali təhsil haqqında qanunda da...”

!Reklam – Yazi

 

“Dünya reytinqində tanınması üçün universitetin tədqiqat yönümlü olması mühüm rol oynayan amillər sırasınadır”.

Bu fikirləri yeni yaradılan Qarabağ Universitetinin daha çox tədqiqat yönümlü olmasının əhəmiyyəti haqda danışan Milli Məcisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda universitetlərin tədqiqat yönümlü olması istiqamətində fəaliyyətə hələ yeni başlanılıb:

“Qarabağ Universitetinin tədqiqat yönümlü olması çox önəmli məsələlərdən biridir. Ümumiyyətlə, bu universitetin fəaliyyətə başlaması özü bir tarixi qərarıdır. Universitetin tədqiqat yönümlü olması onun beynəlxalq imicinə də müsbət təsir edəcək.

Ona görə də biz çalışmalıyıq ki, bütün universitetlərimiz daha çox tədqiqat yömümlü olsun. Azərbaycan bu istiqamətdə fəaliyyətə yeni başlayıb. Yeni hazırlanan ali təhsil haqqında qanunda da bu məsələyə xüsusi diqqət ayrılıb.

Universitetlərin tədqiqat yönümlü olması həm dünyada tanınmasına, həm də ölkədə elmin inkişafına ciddi töhfə verir. Buna görə də düşünürəm ki, Qarabağ Universiteti Azərbaycanda təhsilin inkişafında özunəməxsus rol oynayacaq”.

Nuray Məmmədzadə

www.yenicag.az

2001
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv