!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Təəssüf ki, Berbok Lavrova heyran olduğunu daha əvvəl deməyib" - Zaxarova

!Reklam – Yazi

“Təəssüf ki, əvvəllər Lavrova heyran olduğunu deməyib”.

Yenicag.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova telegram kanalında Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərini cavablandırıb.

Berbok Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun ATƏT Nazirlər Şurasında davranışı ilə bağlı açıqlamalar verib.

Zaxarova alman diplomatın rusiyalı həmkarının çıxış zalında “başqalarını dinləmək üçün deyil, yalnız özü danışanda” görünməsi ilə bağlı fikirlərini şərh edib.

“Hərdən Annalenaya deyin ki, Nazirlər Şurasındakı bütün çıxışlar onlayn yayımlanır və siz dünyanın istənilən yerində hamını dinləyə bilərsiniz. Ancaq çıxış etmək yalnız zalda olarkən edilə bilər”, – Zaxarova yazıb.

Zaxarova əlavə edib ki, Berbok Lavrova heyranlığını təəssüf ki, əvvəllər bildirməyib.

“Təəssüf ki, o, Lavrova zalda belə heyran olduğunu əvvəllər deməyib. Zamanında NATO ölkələri alman nazirin kədərini başa düşsəydilər, Rusiya nümayəndə heyətinin beynəlxalq forumlarda iştirakına mane olmazdılar”, – XİN rəsmisi deyib.

Xatırladaq ki, noyabrın 30-da və dekabrın 1-də Şimali Makedoniyada ATƏT-in 57 üzv dövlətinin xarici işlər nazirlərinin illik toplantısı keçirilir və Rusiya XİN nümayəndə heyəti də burada iştirak edir.

Xuraman Etibarlı

 

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv