!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏHLÜKƏLİ MƏHSULLAR: “Mən hardan bilim ki, aldığım meyvənin geni dəyişdirilib, yoxsa yox?” – SƏRT ETİRAZ

!Reklam – Yazi

“Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etməzdən öncə xaricdən meyvə gətirən təşkilatlarda və imkanları şəxslərdə yoxlamalar aparmalıdır”.

Bunu Səhiyyə Nazirliyinin insan genetikasına uyğun olmayan meyvələrdən vətəndaşların uzaq durmasını şərh edərkən tibbi ekspert Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

O, insan genetikasına uyğun olmayan meyvələrin ölkəyə buraxılmamalı olduğunu bildirib:

“Azərbaycana qida məhsullarının, demək olar ki, 80-90%-i xaricdən gətirilir. Bu da ölkədə qida məhsullarının yerli istehsalının zəif olduğunu göstərir.

Xaricdən meyvələri, adətən imkanlı şəxslər və müəyyən təşkilatlar gətirir. Yəni Səhiyyə Nazirliyi vətəndaşlara müraciət etməzdən öncə həmin təşkilatlarda yoxlamalar aparmalıdır. Onlardan geni modifikasiya olunmuş meyvələrin niyə ölkəyə gətirdikləri soruşulmalıdır. Məsələn, mən mağazadan meyvə aldıqda hardan bilim ki, həmin məhsulun geni dəyişdirilib, yoxsa yox?

Bu yoxlama Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilməlidir. Daha sonra zərərli məhsulların satışının qadağan edilməsi üçün Baş Nazirə müraciət edilməlidir.

Ümumiyyətlə, geni dəyişdirilmiş meyvələrdən istifadə etməmək lazımdır. Əgər həmin meyvələr yaxşı olsaydı, bütün Avropa onlardan istifadə edərdi. Genetikamıza uyğun olmayan meyvələr insan orqanizmində müxtəlif mutasiyalar yaradaraq təhlükə mənbəyinə çevrilir”.

Sadiq Cavadov

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv