!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Təhqir olunan Günel hədələdi: “Polisə verəcəm”  

!Reklam – Yazi

Müğənni Günel Ələkbərova sosial şəbəkədə etdiyi paylaşımlarının altında xoşagəlməz rəylərə görə həmin adamları “blok” etdiyini deyib.

Yenicag.az-a açıqlama verən müğənni lazım gələrsə, onları polisə verəcəyini belə gizlətməyib:

“Öz səhifəmdə nəsə paylaşıram, bəzilərinə xoş gəlmir. Başlayırlar təhqiramiz şərhlər yazmağa. Onu dərhal “blok” edirəm. Deyirlər ki, buna bax, müğənnidir, amma tənqidə açıq deyil. Adama deyərlər ki, müğənni də insandır. Onun əsəbləri dəmirdən deyil ki… Heç kimin ixtiyarı yoxdur ki, müğənnini təhqir etsin, onun paylaşımlarının, ya da fotolarının altında ağzına gələni yazsın. Bunlar tənqidlə təhqiri ayıra bilmirlər. Adama deyərlər, başından böyük danışma. Mənə qarşı belə təhqirlər olarsa, həmin adamla sərt davranaram. Qanunlarımız yaxşı işləyir, insanların şərəf və ləyaqətini alçaldan şəxslər qanun qarşısında cəzasız qalmır. Bax, deyirəm, eşitsinlər. Mənə qarşı belə təhqirlər olarsa, verəcəm polisə, qoy cəzalarını çəksinlər”.

Cəvahir

www.yenicag.az

4687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv