!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehran və İrəvanın təxribat planı: “Ermənistan bu dəfə də itkilərə məruz qalacaq” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın hər şeydən xəbəri var”.

Bunu İran-Ermənistan birləşməsinin Azərbaycan üçün hazırladığı təxribat planının ifşa olunmasından danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İranın Azərbaycana qarşı fəaliyyətləri barədə məlumatlarla rastlaşmağımız ilk deyil:

“Birinci Qarabağ müharibəsindən başlayaraq indiyə qədər İran Azərbaycana qarşı açıq və ya gizli fəaliyyətini Ermənistanın dəstəyi ilə həyata keçirməyə cəhd edir. Yayılan son xəbərlər əsassız deyil. Azərbaycanın təxribat hazırlayan SEPAH generalının məlumatlarından da, hər şeydən xəbəri var. Güc strukturlarımız və xüsusi xidmət orqanlarımız prosesləri daha yaxından izləməlidir.

Təxribat yarada biləcək bütün fəaliyyətlərin qarşısı qətiyyətlə alınmalıdır. Bu fəaliyyətlər daha çox İranın Azərbaycanla sərhəddə hərbi qüvvə yerləşdirməsi cəhdi kimi qiymətləndirilməlidir.

Təxribat baş verərsə, Azərbaycan Respublikasının silahlı qüvvələrinin hissə və bölmələrinin təxribatın qarşısını qətiyyətlə alacağına heç bir şübhə yoxdur. Bunun üçün kifayət qədər güc imkanlarımız mövcuddur. Ermənistanın bu dəfə də təxribata əl atdığı təqdirdə çox ciddi insan, heyət, texnika və ərazi itkisinə məruz qalacağı şübhə doğurmur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv