!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehrandan İrəvana AÇIQ XƏBƏRDARLIQ: “Ermənistanın Qərbə meyllənməsi İran üçün...”

!Reklam – Yazi

“Ermənistanın Fransadan sonra ən mühüm tərəfdaşlarından biri olan İran da bu məsələdən narahatdır”.

Bu fikirləri İran müdafiə nazirinin “kənar qüvvələrin regiona gəlişinə şərait yaratması” ilə bağlı erməni həmkarına açlq xəbərdarlığını şərh edən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət mövcud olsa da, siyasi sistemsizlik, ölkənin siyasi doktrinasının olmaması aşkar görünür:

“Paşinyan hakimiyyəti siyasi proqram və doktrina hazırlaya bilməyib. Ona görə də müxtəlif variantlar arasında vurnuxurlar. Ermənistan rəsmiləri özləri də etiraf edirlər ki, hazırda hansı seçimi etmələri bir dilemmaya çevrilib. Qərbi, yoxsa Rusiyanı seçmək sualı qarşısında yaranan fikir ayrılıqları, müxtəlif ünvanlardan gələn fərqli tələblər mövcuddur.

Qarşılarında iki yol var və bunlardan birini seçməlidirlər. Bu da bir daha təsdiqləyir ki, Ermənistanın sabit və uzunmüddətli siyasi kursu yoxdur. Baş nazir Paşinyan və komandasının ayrı-ayrı üzvləri fərqli bəyanatlarla çıxış edirlər. Onların bir qismi Qərb, digər qismi isə Rusiya yönümlü kurs təklif edir. Həmin dilemma bütünlükdə Ermənistan cəmiyyətinə də təsir göstərib.

Ermənistanın Fransadan sonra ən mühüm tərəfdaşlarından biri olan İran da bu məsələdən narahatdır. Ermənistanın Qərbə meyl edəcəyi təqdirdə İran üçün yeni situasiya yaranır. İran məhz bunu hesablayaraq, regioanl sabitlik üçün Ermənistan-Azərbaycan danışıqlarının vasitəçilərsiz, birbaşa keçirilməsini dəstəklədiyini bəyan edir.

Müdafiə naziri Papikyanın iranlı həmkarı ilə görüşündə də bu fikir səsləndirildi. İran heç bir halda Qərbin regiona gəlməsini qəbul etmir və bunu ilk növbədə özünə təhdid sayır. Ona görə də regional məsələlərin məhz region dövlətləri ilə müzakirə olunmasını istəyir. Ermənistandan da əsas tələbi budur. İran Ermənistana hərbi dəstək verən ölkələrdəndir. Əgər Ermənistan onun tələblərini yerinə yetirməsə, İran hərbi dəstəkdən imtina edə bilər.

Eyni zamanda, Tehran İrəvana qarşı iqtisadi təzyiqdən də istifadə etməyə çalışacaq. Amma İranın Ermənistanla münasibətlərinin gərginləşməsi fonunda belə Zəngəzur dəhlizinin açılmasını dəstəkləyəcəyi inandırıcı deyil. Çünki İran hesab edir ki, bu halda Ermənistan Azərbaycan və Türkiyənin təsir dairəsində olacaq. İran Ermənistana özünün regional təzyiq alətlərindən biri kimi yanaşır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv