!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehrandan praqmatizm İMİTASİYASI? – “Bu ölkənin siyasətində forma-məzmun uyğunluğu tapmaq...” – ŞƏRH

!Reklam – Yazi

“İranın hazırda mövcudluğunun əsas şərti regionda daimi gərginliyin olması və qonşu ölkələrlə problemlərin baş qaldırmasıdır”.

Bu fikirləri İranın son aylarda Azərbaycana münasibətdə xoşməramlı davranışı və ilk baxışda praqmatik siyasət yürütmək cəhdinin səbəblərinə toxunan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

DAK təmsilçisinin sözlərinə görə, İran rejiminin yürütdüyü siyasət zahirdə praqmatik görünsə də, alt qatda xüsusi məqsədlər dayanır:

“Mən bu fikri əvvəllər də bildirmişdim ki, 44 günlük müharibədən sonra İran Azərbaycana qarşı diş qıcasa da, aldığı sərt təpkilər sayəsində sözün tam mənasında geri çəkilmək və diz çökmək məcburiyyətində qaldı.

İran rejimi mövcud şəraitdə bir sıra regional layihələrdə yer almaq üçün praqmatik siyasət yürütmək görüntüsü yaratmağa çalışır. Amma təbii ki, bu belə deyil. İranın xüsusilə, Azərbaycana münasibətdə bəlli mövqeyindən imtina etdiyini düşünmək doğru olmaz. Yəni İranın siyasətində forma-məzmun uyğunluğu tapmaq mümkün deyil.

İranın hazırda mövcudluğunun əsas şərti regionda daimi gərginliyin olması və qonşu ölkələrlə problemlərin baş qaldırmasıdır. Baxın, regionun hansı ölkəsində gərginlik varsa, İran oradadır. İraq, Suriya və başqa nümunələr bunun təsdiqidir. Yəni bu kimi böhranlar olmasa, İran da indiki siyasəti ilə mövcud ola bilməz. Özlərini sözdə Amerikanın düşməni kimi göstərsələr də, gerçəkdə onların lakeyləri qismində davranırlar.

Ona görə də, bu gün İran özünü Azərbaycana yaxın ölkə kimi göstərməyə çalışırsa, bunun altında yenə də xəbis məqsədlər dayanır. Bunu heş vaxt unutmaq olmaz”.

A.Zeynalov

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv