!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehranın "təlim siyasəti": "Azərbaycan İranı ciddiyə almır" - ŞƏRH

!Reklam – Yazi

“İranın etdikləri “mən də varam” deməkdir”.

Bu sözləri İranın Qafanda konsulluq açması, Azərbaycan və Türkiyə sərhədində hərbi təlimlər keçirməsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan İranı ciddiyə almır:

“Əsəbi zəif olan siyasətçi dövlət İranın mövcudluğunu ciddi qəbul edər. Ancaq o dövlətin və siyasətçinin ki əsəbləri möhkəmdir, vəziyyəti gerçəkdən qiymətləndirə bilir, İranın etdiklərini ciddiyə almayacaq. Azərbaycan İranın bu səylərini ciddiyə almır. Çünki İranın hədə kimi qəbul edilən hərəkətlərini neytrallaşdırmaq üçün Azərbaycanın imkanları çox genişdir.

İran hərbi təlim keçirir, keçirsin. Öz ərazisində keçirir. İstər Türkiyə ilə, istər Pakistanla, istər Azərbaycanla sərhəddə hərbi təlimlər keçirirsə, buna fikir vermək lazım deyil. Öz ərazisidir.

Qafanda konsulluq açmaqla ermənilərə ürək-dirək vermək istəyir. Bilirlər ki, ermənilərin vəziyyəti ağırdır. Müharibədəki məğlubiyyətdən və Rusiya ilə münasibətləri gərginləşəndən sonra İran fürsət görüb Ermənistanda aktivləşib. Qafanda nə qədər erməni var ki, İran orada konsulluq açır. Konsulluğu adətən orada açırlar ki, vətəndaşlarına xidmət etsinlər. Qafan kiçik ölkənin kiçik əyalət şəhəridir. Heç kimə və heç nəyə lazım deyil. Bir-iki İran kəşfiyyatçısı iş imkanı qazanacaqlar. Başqa da heç nə”.

Səxavət Məmməd

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv