!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehranın Zəngəzur dəhlizi XOFU: “İran erməni təcavüzkarlığına dəstək olur” - MÖVQE

!Reklam – Yazi

“İran Ermənistanın təcavüzkarlığına xidmət etməsi Azərbaycanı əsaslı şəkildə narahat edir”.

Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryanın “Ermənistanı silahla təmin etməyə heç nə mane ola bilməz” açıqlamasına münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İranın təsir imkanlarının müəyyən həddi var:

“Təbii ki, İran regionda müəyyən gücə malik bir dövlətdir. Lakin bu gücü yüksək qiymətləndirmək düzgün yanaşma deyil. İranı regionda fövqəldövlət saymaq qəti şəkildə mümkünsüzdür. Çünki regionda yeni güclü oyunçular meydana gəlib.

İran indiki Azərbaycana 90-cı illərdə yeni müstəqillik qazanmış ölkə kimi yanaşmamalıdır. İranın regionda təsir imkanlarının müəyyən həddi var. Azərbaycan İranla olan münasibətlərə hər zaman hörmətlə yanaşıb.

İran Vətən müharibəsinə qədər Ermənistana müəyyən mövzularda dəstək olub. Bu dəstəyin erməni təcavüzkarlığına xidmət etməsi Azərbaycanı əsaslı şəkildə narahat edir. İranın Zəngəzur dəhlizi məsələsində hansısa “qırmızı xətt”dən danışması yolverilməzdir.

Erməni əsilli deputatlar yekəxana bəyanatlar səsləndirə bilərlər. Ancaq atacaqları hər hansısa bir addımının qarşılıqsız qalacağını düşünməsinlər. Azərbaycan Zəngəzur məsələsində nə İranın, nə də Ermənistanın suveren hüquqlarını tapdamaq niyyətində deyil. İranın Zəngəzurda geosiyasi tələblərin pozulması ilə bağlı məsələlərdən danışması reallığa uyğun deyil.

Azərbaycan Ermənistanla istədiyi tələblə sülh sazişi imzalaya bilər. İmzalanmış sənədlərin İranın mənafeyinə dəxli olmayacağı təqdirdə müdaxilə etməsi əsassızdır. Regionda yeni reallıqları yaradan ölkə Azərbaycandır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv