Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil kreditinin yaradacağı AVANTAJ - Necə geri qaytarılacaq? - Ekspert

“Təhsil krediti Fondunun yaradılması ümumi plan yerləri və eyni zamanda təhsilə marağın artmasına yol açacaq”.

Bu sözləri Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılmasına münasibət bildirən təhsil eksperti  Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, nəzərdə tutulan yenilik təhsil almaq istəyən gənclərin sayının artmasına səbəb olacaq:

“Bu qərar ödənişli əsaslarla təhsil alan tələbələr üçün olduqca vacib idi. Çünki əhalinin həssas qrupuna daxil olan tələbələrin əksəriyyəti təhsil haqqını ödəyə bilmədiyi üçün bəzən universitetdən kənarda qalırdılar. Yəni, sırf maddi vəziyyət ucbatından təhsilləri yarımçıq qalırdı. Yeni qərar nəticəsində artıq hər il təhsil haqqının məbləğinə uyğun olaraq təhsil kreditinin verilməsi nəzərdə tutulur. Təhsil kreditinin geri qaytarılması müxtəlif üsullarla baş tutacaq. Bəziləri iş həyatına başlayandan sonra, bəziləri də tələbəlik dövründə aldığı təqaüdlə krediti geri qaytara bilər. Hesab edirəm ki, bu yenilik ödənişli əsaslarla təhsil alan tələbələr üçün uğurlu qərardır. Eyni zamanda maddi imkansızlıq ucbatından oxuya bilməyən tələbələrin də artıq oxumağa marağı artacaq. Sözügedən qərar olduqca məqsədəuyğundur”.

Gülşən Şərif

www.yenicag.az

403
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100