!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil nazirindən müəllimlərlə bağlı SƏRT AÇIQLAMA: "Öz fənnini bilməyən azyaşlı şagirdə nə öyrədəcək?"

!Reklam – Yazi

Bir qrup müəllim oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var.

Yenicag.az xəbər verir ki, bu fikirləri çərşənbə günü REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?

“Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”, – deyə E.Əmrullayev bildirib.

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv