!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil nazirinin bilib dandığı HƏQİQƏTLƏR: "Bəlkə, məktəblərin önünə "nəzir qutusu" da qoyulsun?" - REAKSİYA

!Reklam – Yazi

“Təhsil naziri Emin Əmrullayevin bugünkü açıqlamaları geniş müzakirələrə və təbii ki, narazılığa səbəb olub”. 

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Gülşən Hacıyeva bildirib:

“Cənab naziri dinlədikdən sonra onun Azərbaycana adaptasiyada problem yaşadığını düşündüm. Nazirimiz deyir ki, məktəblərdə valideynlərdən pul yığılması məsələsi o hələ şagird olan zamanlarda da varmış. Sonra da əlavə edir ki, rüşvətxorluğun əleyhinədir, amma valideynin bütün vergilərini ödəyəndən sonra artıq qalan bir manatını özünün və digərlərinin daha yaxşı təhsili üçün xərcləmək hüququ təmin edilməlidir. Bəlkə məktəblərin önünə “nəzir qutusu” da qoyulsun? Bilirik ki, inkişaf etmiş ölkələrdə belə təcrübə var: hansısa zəngin iş adamı, sənətçi, digər peşə sahibləri məktəblərə yardım edir. imkansız uşaqların təhsil almasına dəstək verir. Amma həmin ölkələrdə bu, sırf könüllülük prinsipi əsasında zəngin insanlar tərəfindən həyata keçirilir.

Bizim nazir isə maddi durumu yaxşı olmadığı üçün övladını dövlət məktəblərində oxutdurmağa məcbur qalan valideynlərdən bunu gözləyir. O valideynin imkanı olsa, uşağını heç bir standarta cavab verməyən dövlət məktəblərində niyə oxutdururki?!

Bundan başqa, neft-qaz ölkəsi olan Azərbaycanda dövlətin məktəblərində normal təhsilin təmin olunması üçün niyə şərait yaradılmır ki, valideynlərdən mədət umulur?” – deyə o əlavə edib.

Gülşən Hacıyeva nazirin daha çox uşağın bağçalara getməsini istədiyi fikrinə də toxunub:

“İstəmək yaxşıdı, amma nazirimiz bilmir ki, ölkədə, xüsusilə paytaxt Bakıda ciddi şəkildə uşaq bağçası problemi var? Övladlarını dövlət bağçalarına uşaq göndərmək istəyən valideynlər az qala, bir il əvvəldən müraciət edirlər, yer axtarırlar. Çünki hansı bağçaya gedirsən, hamısı doludur, baxmayaraq ki, dövlət bağçalarında uşaqlara xidmət və diqqət çox aşağıdır. Özəl bağçaların isə qiymətləri hamıya məlumdur. Orta aylıq maaşla işləyən valideynin 1 illik əməkhaqqısı uşağını özəl bağçaya göndərməyə kifayət deyil.

Nazir məktəblərdə xoşagəlməz hallardan da danışıb, 150 min nəfər müəllimin 1,5 milyon şagirdlə bağlı hansısa səhvə yol verməsini mümkün sayıb. Tamam, başa düşürük, insan səhvə yol verə bilər. Amma bu xoşagəlməz hallar davamlı olursa – müəllim saçı uzun oğlana qız deyir, hansısa nadinc uşağı döyməsi ilə fəxr eləyir, 13 yaşlı Elina intihara sövq edilir, məktəbdə dini klip çəkilir, 9-cu sinif şagirdi müəllimindən hamilə qalır, ən nəhayət, seçki saxtakarlıqlarının baş rolunu müəllimlər oynayırsa, deməli, olanlara “bəsit səhv” deyib, keçmək olmaz.

Sonda onu qeyd edim ki, bu hakimiyyətin yüksək vəzifələrini tutan məmurların əksəriyyətinin açıqlamaları adətən narazılıq yaradır, reallıqdan uzaq olur. Bəzən düşünürsən ki, bu adamlar elə danışmasa, yaxşıdır.

Ümumiyyətlə, isanlar haqq etdiyi yerlərdə olmadığı halda qanunların icrası mümkünsüzdü, buna görə də artıq nə isə gözləmək də doğru deyil”.

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv