!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil nazirinin çıxışına ETİRAZ: "Əmrullayev kreslosunu qorumağın dərdinə düşüb" - Partiya sədri

!Reklam – Yazi

“Guya bütün aksiyalar ona qarşı yönəldilib və özünə haqq qazandırmağa çalışır ki, pislər varsa, yaxşılar da var, mənim bir günahım yoxdur”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayevin məktəblərdə baş verən xoşagəlməz halların videoya çəkilərək ictimailəşdirilməsinə qarşı olması barədə səsləndirdiyi fikirlərə münasibtə bildirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı qeyd edib ki, Emin Əmrullayev bütün ümidləri puça çıxarıb:

“Emin Əmrullayev bütün ümidlərimizi puç edən nazirlərdən biridir. Təyin ediləndə gənc, perspektivli kimi təşbehlərlə onu tərifləmişdik. Müəllimlərin başına açılan oyunlar faktdır və telefonla çəkilib. O bunu inkar edə bilmir, əvəzində deyir ki, o varsa, bu da var. Elə bil ki, olimpiadada qalib gələn şagirdin varlığı digər neqativ halların olmasına bəraət qazandırır.

Adam deməlidir ki, gəlin bu kimi halların qarşısını almaq üçün ictimai müzakirə təşkil edək, fikir mübadiləsi aparaq və bir çıxış yolu tapılsın. Biz düşünürük ki, bu hallar necə aradan qaldırılsın, müəllimlərin avtoritetini, nüfuzunu necə bərpa edək. Amma nazirin dərdi təhsil sistemindəki neqativ hallar deyil. Guya bütün aksiyalar ona qarşı yönəldilib və özünə haqq qazandırmağa çalışır ki, pislər varsa, yaxşılar da var, mənim bir günahım yoxdur. Kimsə deyir ki, o şagirdləri Əmrullayev öyrədib ki, get belə elə?! Düşünürəm ki, bu adamın dərdi təhsil, təhsil sistemindəki çatışmazlıqlar, perspektivlər, müəllimlər, onların problemləri, elm deyil. O artıq kreslosunu qorumağın dərdinə, müddəti artırmağın aurasına düşüb. Bu da onu göstərir ki, Əmrullayev artıq faydalılıq əmsalını itirib. Artıq nə deyək? Bu nazirdən də bir şey gözləməyinə dəyməz”.

Aqil Bəkir

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv