!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təhsil nazirinin məktəblərdə pul yığımı haqda fikirləri dövlətin siyasətinə qarşı çıxmaqdır” – ETİRAZ

!Reklam – Yazi

“Məktəblərdə pul yığılarkən imkanlı ailələrin uşaqları ilə müqayisədə aztəminatlı ailələrin övladları ciddi psixoloji təzyiq altında qalacaqlar”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayevin orta məktəblərdə pul yığımının məcburi deyil, könüllü xarakter daşımalı olduğu haqda fikirlərinə münasibət bildirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məktəblərdə qanunsuz pul yığımı şagirdlər arasında ayrı-seçkiliyə və zorən həmin kampaniyaya qoşulmağa gətirib çıxaracaq:

“Əslində, bu, təhsil nazirinin prizmasından gözlənilməyən bir çıxışdır. Bir tərəfdən bütün dövlət strukturları rüşvətxorluğa və qeyri-qanuni pul yığımlarına qarşı çıxırlar, digər tərəfdən isə təhsil naziri açıq mətnlə deyir ki, orta məktəblərdə pul yığılması yolverilməzdir, amma bunu könüllü şəkildə həyata keçirmək olar. Bu könüllülük nədən ibarətdir və ümumiyyətlə, məktəblərdə nəyə görə pul yığılmalıdır, anlaşılmır.

Məsələn, məktəblərin birində belə bir kampaniyaya başlayırlar ki, sinfi təmir etməliyik. Bu, artıq könüllülükdən məcburiyyətə çevrilir, şagirdlər arasında ayrı-seçkiliyə və zorən həmin kampaniyaya qoşulmağa gətirib çıxaracaq.

Eyni zamanda, nazir bu yanaşması ilə dövlətin rəsmi siyasətinin əleyhinə çıxıb. Onun dediyindən belə çıxır ki, dövlət təhsilə yönəlik xərcləri qarşılaya bilmir. Amma rəsmi qurumlar bəyan edirlər ki, biz nəinki təhsil xərclərini qarşılaya bilirik, hətta daha çox sosialyönümlü siyasət yürüdərək işsizliyi aradan qaldırırıq, əhalinin sosial vəziyyətini yaxşılaşdırırıq. Nazirin dedikləri isə bu fikirlərlə ziddiyyət təşkil edir.

Nəzərə almaq lazımdır ki, məktəblərdə pul yığılarkən imkanlı ailələrin uşaqları ilə müqayisədə aztəminatlı ailələrin övladları ciddi psixoloji təzyiq altında qalacaqlar. Ona görə də hesab edirəm ki, bu, nazirə yaraşmayan bir çıxış idi. O bu reaksiyaları nəzərə alaraq, mövqeyini uyğun bir formaya salmalı və həmin fikirlərindən imtina etməlidir”.

A.Zeynalov

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv