Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təhsil Nazirliyi dərslərin təşkili ilə bağlı brifinq keçirir - CANLI

Təhsil Nazirliyi 2021-2022-ci il tədris ili üzrə orta və ali təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı brifinq keçirir.

Yenicag.az-ın məlumatına görə, brifinqdə təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin martın 2-də Nazirlər Kabineti tərəfindən COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul edilmişdi.

Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlandı. İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili ilə bağlı işlərə başlandı. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi.

Daha sonra isə epidemioloji vəziyyəti nəzərə alaraq dərslər pandemiya qaydalarına uyğun olaraq həm onlayn, həm də ənənəvi qaydada təşkil edildi.

www.yenicag.az

432
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100