Fevralın 5-də baş verən zəlzələ nəticəsində 5 məktəbdə çatlar əmələ gəlib.
Təhsil Nazirliyindən Yenicag.az-a bildirilib ki, İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.
Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.