!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyində İSLAHAT ÇAĞIRIŞI: Mütəxəssislərin tənqidlərindən nəticə çıxarılmır - ŞƏRH

!Reklam – Yazi

Məlumdur ki, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Bu qərar 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Təhsilalanların geyim forması qış və yay formaları olmaqla fərqli rənglərdən ibarətdir. Məktəbli formalarının yenidən dəyişdirilməsi isə valideynlərin narazılığına səbəb olub.

Hazırda yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif edilir.Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən təklif heç də doğru yanaşma deyil və bu məsələ də ailələrin sosial vəziyyəti nəzərə alınmır:

“Bu ilin mart ayında qəbul olunan dəyişikliyə əsasən, məktəbli formalarında bir neçə rəng çalarının yer verilməsinin qaydası öz əksini tapıb. Xüsusi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrindəki məktəbli formalarının qiyməti hər kəsin cibinə uyğun şəkildə təyin olunmalıdır. Əgər bunu etmək mümkün deyilsə, məktəbli formalarının fərqli şəkillərdə təqdim edilməsi doğru yanaşma deyil. Vahid məktəbli formasını konkret olaraq iki və ya dörd rəng seçimi üzərindən seçmək olar. Bu geyim rəngi şagirdin oğlan və ya qız olmasına əsasən müəyyən oluna bilər.

Məktəbli geyiminin idman stili və ya geyimlərin regionlar üzrə fərqli rəngdə olmasını təklif etmək düzgün deyil. Bu, ayrı-seçkiliyə yol açan bir təklifdir. Təklifi irəli sürən şəxs və şəxslərin bu yanaşması məqsədəuyğun deyil. Bununla yanaşı, bəzi ailələr məktəbli forması almaqda çətinlik çəkirlər. Bir neçə məktəbli formasının alınması həmin ailələrin maddi yükünü daha da artırır.

Ümumilikdə, Təhsil Nazirliyinin müvafiq mövzularla bağlı fəaliyyəti ürəkaçan deyil. Yaxşı olar ki, nazirlik peşəkar mütəxəssislərin tənqidi fikirlərini nəzərə alsın və ona uyğun müvafiq addım atsın. Təhsil Nazirliyinin fəaliyyətində köklü dəyişikliklərə ehtiyac var. Çünki təhsil sahəsi böyükdür və demək olar ki, ölkə əhalisinin təxminən dörddə bir hissəsinə bağlıdır. Bu, təhsil sektorunun kifayət qədər böyük toplumu əhatə etdiyini göstərir. Belə bir sahəni idarə etmək asan iş deyil. Lakin struktur dəyişiklikləri və müvafiq islahatlar təhsil sektorunun inkişafına təkan verə bilər. Təhsil Nazirliyi məlum nöqsanları aradan qaldırarsa, o zaman təhsildə inkişafın şahidi ola bilərik”.

Gülşən Şərif

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv