!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyindən ənənəvi "ÇÖZÜM": Müəllimləri təhqir edən direktor canlı yayıma çıxarılır - FOTO

!Reklam – Yazi

Təhsil Nazirliyinin rəsmi “Facebook” hesabında müəllimlərin işə qəbulu imtahanları ilə bağlı canlı müzakirə keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu gün saat 11:00-da keçiriləcək müzakirədə ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və əməkdar müəllim Ələddin Məmmədli iştrirak edəcəklər.

Təəccüblüsü isə budur ki, nazirlik MİQ iştirakçılarını aşağılayan Təhsil İnstitutunun mərkəz rəhbəri Nəzakət Mehdiyevanı da canlı yayıma çıxaracaq.

İctimaiyyəti Nəzakət Mehdiyevanın müəllim namizədlərdən üzr istəyib-istəməyəcəyi maraqlandırır.

Qeyd edək ki, Nəzakət Mehdiyeva, “Bunlardan müəllim olmayacaq, elə bunlar yaxşı ki, kəsilirlər”, – deyərək MİQ imtahanlarında sualların çətin salınmasına haqq qazandırmağa çalışmışdı.

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv