!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyinin MİQ-lə bağlı İDARƏETMƏ METODU: "Bu cür tənzimləmə doğru yanaşma deyil" - Təhsil eksperti

!Reklam – Yazi

“Qarşıdakı illərdə bu cür problemin olmaması üçün Təhsil Nazirliyi vahid proqram hazırlamalıdır”.

Bu sözləri müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərə əlavə şərait yaradılmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, Təhsil Nazirliyinin verdiyi qərar 5 iyul tarixindən bu günə qədər imtahan verən müəllimlər arasında narazılıq yaradıb:

“Təhsil Nazirliyinin özü imtahan suallarının çətin, yəni çərçivədən kənar olmasını təsdiq edib. İmtahanlarda yaşanan bu cür hal yolverilməzdir. Ona görə də müəllimlər etirazlarında haqlı idilər. Bundan sonrakı mərhələdə avqustun 2-nə qədər davam edən digər fənn imtahanlarına əlavə olunan suallarda görünən çətinliklərlə bağlı müəllimlərin etiraz edəcəyi gözləniləndir. Hesab edirəm ki, bu cür tənzimləmə doğru yanaşma deyildi. Ən yaxşı yanaşma o idi ki, imtahana salınan sualda elmi və ya texniki səhv varsa, buna görə müəllimlərə bal verilsin. Yəni bal əlavəö edilirsə, əlavə imtahan keçirilməsinə ehtiyac yoxdur.

Mövcud tənzimləmə isə bütün hallarda keçirilən imtahanları kölgə altına salır. Müsbət hal odur ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı çatışmazlığını görüb və müvafiq qərar qəbul edib. Qarşıdakı illərdə bu cür probleminin olmaması üçün Təhsil Nazirliyi vahid ədəbiyyat siyahısı təqdim etməli və eyni zamanda məktəblərdə gizlədilən vakansiyaların sayını artırmalıdır. Nəticədə imtahanda iştirak edən müəllimlərin hər biri üçün əlverişli imkan yaradılsın”.

Xatırladaq ki, 12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. Təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.

Gülşən Şərif

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv