!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyinin SƏRİŞTƏSİZLİYİ: “Yüzlərlə valideyn çətinliklə üzləşib” – REAKSİYA

!Reklam – Yazi

“Server öncədən sazlanmalı və daha sonra bu barədə ictimaiyyətə məlumat verilməli idi”.

Bu gün saat 11-00-dan etibarən, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə başlanılıb. Prosesin sentyabrın 14-nə qədər davam edəcəyi nəzərdə tutulub. Lakin buna baxmayaraq, Təhsil Nazirliyinin rəsmi saytının işləməməsi valideynlər arasında narazılığa səbəb olub.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, Nazirliyin saytının elektron qeydiyyata hazır olmaması valideynlərə gərginlik yaşatmaqla yanaşı, qurumun fəaliyyətindəki çatışmazlıqları da üzə çıxarıb:

“Təhsil Nazirliyinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu prosesi ilə bağlı səriştəsizliyi əsəbləri tarıma çəkir. Problemin başlıca səbəbi odur ki, sistemi quran informasiya təhlükəsizliyi (İT) mütəxəssisi işə məsuliyyətsiz yanaşıb.

Çünki server öncədən sazlanmalı və daha sonra bu barədə ictimaiyyətə məlumat verilməli idi. Prosesə strat verilsə də, saytda qeydiyyatdan keçmək mümkün deyil. Saytda fərdi identifikasiya nömrəsinin daxil edilməsi qeyd olunsa da, sistem tərəfindən şəxsə məxsus olan bir neçə identifikasiya nömrəsinin olduğu bildirilir və onlardan birinin seçilməsi tələb olunur. Baxmayaraq ki, seçim imkanı da verilməyib.

Əslində, identifikasiya nömrəsi şəxsidir və bu məsələdə seçim qoyulması gülüncdür. Bu gün yüzlərlə valideyn çətinliklə üzləşərək öz etirazlarını bildirdilər. İnsanları bu şəkildə incitmək, mənəvi gərginlikdə saxlamaq olmaz”.

Gülşən Şərif

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv