!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil ocaqlarında şagird ÖZBAŞINALIQLARI: "Bu, müəllimin günahı deyil, sistemin..." - EKSPERT

!Reklam – Yazi

“Məktəbdə şagirdlər üçün günü bu gün nizamnamə hazırlanmalı, şagirdlərin davranışları, onlardan gözləntilər, mənfi davranışların siyahısı qeyd olunmalıdır”.

Bu fikirləri təhsil müəssisələrində baş verən xoşagəlməz halların səbəbləri və aradan qaldırılma yolları barədə danışarkən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, intizamsızlığa təsir edən bir çox amillər mövcuddr:

“Bu, multifaktorial məsələdir. Bu məsələyə təsir edən çoxlu amil var. Həmin amillərdən biri valideynlərin övladlarına düzgün tərbiyə verə bilməməyidir. Rəqəmsal dövrdür. Onlar belə şeyləri “TikTok”da görürlər, elə bilirlər ki, bunları məktəbdə də etmək olar və edirlər də. İkincisi, müəllimlərin səriştə problemi var. Müəllimlər şagirdləri düzgün idarə edə bilmir. Üçüncüsü, məktəbin səlahiyyət problemi. Yəni şagirdin mənfi davranışlarını idarə edə biləcək güc varmı? Müəllimdə və məktəbdə. Şagird bilirmi ki, hansısa mənfi davranış göstərəndə onun nəticəsi nə olacaq? Əgər mənfi nəticəsi olmasa, insanlar qırmızı işıqda da keçər, sürət həddini də aşar, kəmər də taxmaz. Amma biz bilirik ki, bunların mənfi nəticəsi var, ona görə də etmirik. Nadir hallarda edilsə də, adətən, insanlar bunu etmir”.

Qoşqar Məhərrəmov bildirib ki, bu məsələlərlə bağlı cəza tətbiq edilməli, qanunlar sərtləşdirilməlidir:

“Məktəbdə şagirdlər üçün günü bu gün nizamnamə hazırlanmalı, şagirdlərin davranışları, onlardan gözləntilər, mənfi davranışların siyahısı qeyd olunmalıdır.

Qeyd olunan mənfi davranışları xəbərdarlığa rəğmən təkrarlayan şagirdlərlə bağlı hansı addımların atılacağı, tədbirlərin görüləcəyi də qeyd olunmalıdır. O olduqda artıq şagird cilovlanacaq.

Problem valideyn, müəllim şəriştəsizliyi, müəllimin gücsüzlüyü – Bu, müəllimin günahı deyil, sistemin müəllimə, direktora az güc verməyidir – ortada nizamnamənin, çərçivənin olmamasıdır. Sistemli yanaşma ilə sürətli şəkildə bir sənəd hazırlanmalı və o, valideynlər tərəfindən imzalanmalıdır. Öhdəlik götürsün ki, övladı məktəbə, müəllimə zərər verməyəcək, dərsin gedişatına mane olmayacaq, başqalarının öyrənmə hüququna hörmətlə yanaşacaq. Bu olduğu zaman düşünürəm ki, belə hallar müəyyən qədər azalacaq. Cərimələr, cəzalar olduqdan sonra məlumdur ki, insanlar müsbət davranışları vərdişə çevirir. Bu müsbət davranışlar da mədəniyyətə dönür. Ona görə də, qanunlar bu mənada sərt olmalıdır deyə düşünürəm”.

Aqil Bəkir

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv