!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil proqramının LƏĞVİ: "Şagirdlər kurikulum vasitəsilə ciddi uğur əldə edə bilmirlər" - Ekspert

!Reklam – Yazi

Ötən gün təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)” ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmr ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu)” ləğv edilib.

Bu qərar isə cəmiyyətdə çaşqınlıq yaradıb. Əksəriyyət kurikulumun tamamilə ləğv edildiyini hesab edib.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, kurikulumun tətbiqi gözlənilən nəticələri verməyib və bu fonda tətbiqinə məhdudiyyət qoyulmalıdır:

“Kurikulum bağçalarda və məktəbəqədər təhsil müəssisələrində ləğv olunub. İbtidai siniflərdə isə kurikulum saxlanılıb. Hazırda nəzərdə tutulan qərar fonunda artıq tədris prosesində yeni proqramdan istifadə ediləcək. Bununla bağlı təhsil naziri açıqlama verəcək. Qeyd edim ki, təhsil pilləsində yuxarı siniflərlə məktəbəqədərin uyğunluğu təşkil oluna bilər. İstənilən halda, bu addım o qədər də effektiv olmayacaq. Ümumilikdə, məktəbəqədərdə kurikulumun ləğv olunması onu deməyə əsas verir ki, 3-4 ildən sonra bu proqram bütün tədris səviyyəsində ləğv olunacaq.

Kurikulum proqramı tamamilə ləğv olunarsa, bu, proqramın gözləntiləri doğrultmadığını göstərəcək. Kurikulumu başqa tədris proqramları ilə əvəzləmək daha məqsədəuyğundur. Çünki şagirdlər kurikulum vasitəsilə ciddi uğur əldə edə bilmirlər. Bu fonda yeni tədris modelinin tətbiqinə ehtiyac var. Necə ki Finlandiya özünəməxsus tədris modeli yaratdı, Azərbaycan da öz modelini yarada bilər. Bunun üçün imkanlar var”.

Gülşən Şərif

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv