!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil sistemdə NÖQSANLAR: "Bu sektorda köklü dəyişikliklər edilməlidir" - Ekspert şərhi

!Reklam – Yazi

“Yaxşı olardı ki, bu nöqsanların aradan qaldırılması üçün köklü dəyişikliklər həyata keçirilsin”.

Bu sözləri MİQ (müəllimlərin işə qəbulu) müsabiqəsinin imtahan mərhələsində sualların maddiyyat qarşılığında satılmasına münasibət bildirən təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, MİQ imtahanında yaşanan xoşagəlməz hal təəssüf doğurur:

“MİQ müsabiqəsinin imtahan mərhələsində yaranan problem ilk deyil. Qəbul imtahanlarında bu cür hallara çox rast gəlinib. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda da zaman-zaman bu cür problemə rast gəlinib və hüquqi addımlar atılaraq problem həll olunub. MİQ imtahanı ilə bağlı Təhsil İnsitutu açıqlama verərək, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib. Təhsil İnsitutu gələcəkdə bu kimi halların təkrarlanmaması üçün Dövlət İmtahan Mərkəzi kimi prinispial mövqe tutmalı və sualların cavabını satan şəxslərin cəzalandırılması üçün müvafiq addımlar atmalıdır. Eyni zamanda məlum üç sualın cavabı ilə bağlı iştirakçıların xeyrinə qərar qəbul olunması doğru addım olar. Ümumilikdə təhsil sektorunda müəyyən nöqsanlar var. Yaxşı olardı ki, bu nöqsanların aradan qaldırılması üçün köklü dəyişikliklər həyata keçirilsin”.

Gülşən Şərif

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv