!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil tələbə krediti alanların sayı açıqlandı

!Reklam – Yazi

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Yenicag.az-a bildirilib ki, bu günə qədər 4934 nəfər kredit almaq üçün müraciət edib. Onlardan 1109 nəfərin müraciəti natamam olub. 596 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 451 nəfərin müraciətinə imtina cavabı verilib, 537 nəfərin müraciəti isə banka yönləndirilib.

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 2241 nəfərə TTK verilib. Onlar arasından 814 nəfərin müraciəti sosial TTK, 1427 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv