!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsildə ədalətsizlik yaradan NAZİRLİK: Ölkədə oxuyanlarla xaricdə universitet bitirənlər arasında nə üçün fərq qoyulur? - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“Tək attestatla xaricdə təhsil alan vətəndaş yerli universiteti bitirən şəxsdən daha çox nüfuz qazanırsa, bunun günahkarı Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyidir”.

Bu sözləri ölkəmizdə tək attestatla dünyanın bir çox aparıcı universitetlərində təhsil almaq imkanı olmasına baxmayaraq, hər hansısa yerli universitetə daxil olan tələbənin əldə etdiyi diplomun dünyada nüfuzunun olmaması kimi paradoksal vəziyyəti dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, tək attestat hesabına xaricdə təhsil alan şəxslərin ölkəyə qayıdandan sonra yaxşı işlə təmin olunması ölkə daxilində təhsil alan və sonda iş tapa bilməyən şəxslərə qarşı ədalətsizlikdir:

“İndiki halda dövlət xətti ilə xaricdə təhsil almaq istəyən şəxslər müvafiq proseslərdən keçməlidir. Tək attestat hesabına vətəndaşlar Türkiyə, Qərbi Avropa ölkələri, Ukrayna, Rusiya, ABŞ, Kanada və bir sıra ölkələrdə təhsil ala bilərlər. Bəzi qurumlar geri qayıdandan sonra onların işlə təmin olunmalarına şərait yaradırdı. Təəssüf ki, ölkəmizdə əziyyət çəkən və yerli təhsildən faydalanan şəxslər bu imtiyazlardan yararlana bilmirlər.

Onu da qeyd edim ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyində müvafiq olaraq xaricdə təhsil almış vətəndaşların diplomlarının tanınması məsələsinə baxılır. Çünki xaricdə təhsil almış hər kəsi ölkədə işlə təmin etmək mümkün deyil. Eyni zamanda, hər il agentlik tərəfindən diplomların tanınmaması faktları müşahidə olunur. Əslində, bu yolla şəffaflıq müəyyən qədər qorunur. Bəzən olur ki, ölkədən kənara çıxmayan vətəndaş rüşvət hesabına saxta yolla xaricdə təhsillə bağlı diplom əldə edir və onu təsdiqlətməyə çalışır. Bu baxımdan, ölkə universitetlərində təhsil alan şəxslərin ixtisaslı kadr kimi formalaşdırılması daha məqsədəuyğundur”.

Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə də toxunan Elçin Əfəndiyə görə, sözügedən qurum vahid proqram əsasında qəbul həyata keçirir:

“DİM plan yerlərini Nazirlər Kabineti və ölkədəki universitetlərin hesabatına əsasən hazırlayır. Sadəcə son dövrlər müəyyən qəbul proseduru və kurikulum sisteminə keçidlə bağlı dəyişiklikdən sonra müəyyən narazılıqlar var. Bəziləri qiymətləndirmənin qeyri-obyektiv olmasından, bəziləri isə şəffaflığın qorunmamasından şikayət edir. İstənilən halda, Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya komissiyası yaradılıb və bu kimi məsələlərin həlli istiqamətində addımlar atılır. DİM xaricdə təhsil alan vətəndaşa görə hər hansısa məsuliyyət daşımır. Tək attestatla xaricdə təhsil alan vətəndaş yerli universiteti bitirən şəxsdən daha çox nüfuz qazanırsa, bunun günahkarı Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyidir. Çünki həmin şəxslər dövlət proqramı olmadan qeyri-qanuni yolla xaricdə universitetə qəbul olurlar və ya DİM-in təşkil etdiyi ölkədaxili qəbul imtahanlarında iştirak etmirlər”.

Gülşən Şərif

www.yenicag.az

48573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv