!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsildə KORRUPSİYA FAKTLARI: "Müsabiqədənkənar ödənişlə müəllimlər işə təyin olunurdu"

!Reklam – Yazi

“Regional Təhsil şöbələrinin yaradılması izafi ödənişlərin qarşısını alacaq”.

Bunu Rayon Təhsil Şöbələrinin ləğv edilməsinin mümkün təsirlərinə toxunan təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, nəzərdə tutulan dəyişikliyin müəyyən mənada effektiv təsiri gözləniləndir:

“Rayon Təhsil şöbələri ləğv edilərək yerində Regional Təhsil şöbələri yaradılıb. Bu qərar daha çox korrupsiya hallarının aradan qaldırılmasına xidmət edir. İndiyə kimi ayrı-ayrı rayonlarda təhsil şöbələri fəaliyyət göstərirdi. Bu şöbələr müvafiq olaraq müsabiqədənkənar ödənişlə müəllimlərin işə təyin olunmasına və ya şagirdlərin yerdəyişməsinə xidmət edirdi. Nəticədə korrupsiya faktları üzə çıxırdı. Rayon Təhsil şöbələri dövlət tərəfindən maliyyələşdirilir və büdcədən xeyli miqdarda vəsait ayrılırdı. Bununla yanaşı, hər bir Rayon Təhsil şöbəsinə müəyyən məbləğdə əlavə ödənişlər olurdu. Regional Təhsil şöbələrinin yaradılması bu cür izafi ödənişlərin qarşısını alacaq.

Ümumilikdə qəbul olunan qərarın effektiv nəticələri zamanla müşahidə olunacaq. İlkin görüntü budur ki, rüşvət hallarının qarşısı alınacaq. Növbəti dönəmdə isə müəllimlərin işə qəbulunda, vahid mərkəzləşmiş xidmətin aparılmasında və eyni zamanda ərazi üzrə yaşayan vətəndaşların konkret bir ünvanda toplaşaraq problemlərin həllini müzakirə etməsi baxımından müəyyən qədər dəstək verəcək. Təhsilin keyfiyyəti baxımından hansısa üstünlükdən danışmaq isə hələlik tezdir”.

Gülşən Şərif

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv