!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Təhsildənkənar vəziyyət” adlı layihə baş tutdu

!Reklam – Yazi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının tərəfdaşlığı ilə “Təhsildənkənar vəziyyət” adlı layihə həyata keçirilib.

Yenicag.az xəbər verir ki, turnirlə bağlı ictimai müraciət elanı verildikdən sonra qeydiyyatdan keçənlər arasından 8 komanda qoyulmuş qayda və kriteriyalara cavab verdiyi üçün çempionata buraxılıb.

Seçim mərhələsindən sonra “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində püşkatma mərasimi baş tutub. Püşkatma nəticəsində çempionatın rəqib komandaları müəyyənləşib.

Turnirin ilk 4 oyunu Bakı Mühəndsilik Universiteti və Milli Aviasiya Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında baş tutub və nəticədə yarımfinal mərhələsinə yüksələn komandalar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olub. Daha sonra turnir çərçivəsində 2 yarımfinal, 3-cü yer uğrunda, final oyunu keçirilib.

Turnirin nəticələrinə əsasən, Milli Aviasiya Akademiyası 3-cü yer, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2-ci yer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti isə 1-ci yer tutub.

Turnirin sonunda layihə iştirakçıları sertifikatlarla təltif olunub, müvafiq yerlər üzrə medallar gənclərə təqdim edilib və qalib komandaya kubok verilib.

Qeyd edək ki, “Təhsildənkənar vəziyyət” Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi Cəlal Xəlilovun layihəsidir.

www.yenicag.az

74
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv