!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təhsili dolaşdırmaq əvəzinə...” - Nazirin təklifinə SƏRT REAKSİYA

!Reklam – Yazi

“Təhsilin sentyabrın 1-də başlaması uşaqların psixologiyasına ciddi mənfi təsir göstərə bilər”.

Bu sözləri təhsil naziri Emin Əmrullayevin tədrisin sentyabrın 1-dən başlaması haqqında səsləndirdiyi təklifi şərh edərkən təhsil eksperti Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

O, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi zamanı belə bir təklifin irəli sürülməsini düzgün hesab etmədiyini bildirib:

“Sovet dövründə təhsil sentyabrın 1-dən başlayırdı. SSRİ-nin ərazisi böyük olduğu üçün bir tərəfində yaz olanda digərində qış olurdu. Ona görə də sentyabrın 1-də havalar Sovetin bütün ərazisinə uyğun gəlirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra təhsilin sentyabrın 15-dən başlaması haqqında qərar verildi. Çünki kolxozlar, sovxozlar dağıldı və ailə təsərrüfatına keçildi. Belə olanda uşaqların sentyabrın ilk iki həftəsində valideyinlərinə kömək etmək imkanı yarandı. Yəni təhsilin sentyabrın 15-nə keçirilməsini təqdirəlayiq addım hesab edirəm. Bilirik ki, sentyabrın əvvəlləri Bakıda və digər böyük şəhərlərdə hədsiz sıxlıq müşahidə edilir. Həm sıxlıq, həm də iqlim cəhətdən təhsilin sentyabrın 1-də başlaması haqqında təklifini boş və mənasız hesab edirəm. Bu təklifin reallaşması uşaqların psixologiyasına ciddi mənfi təsir göstərə bilər.

Təhsilin sentyabrın 15-də başlaması haqqında qərar Heydər Əliyevin hakimiyyəti dövründə verilib. Ulu Öndərin 100 illik yubileyində təhsil nazirinin belə bir təkliflə çıxış etməsi düzgün deyil. Təhsili dolaşdırmaq yox, dolaşıqlarını açmaq lazımdır. Yaxşı olardı ki, bu istiqamətdə işlər görülsün”.

Sadiq Cavadov

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv