!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsilin anasını AĞLAR QOYMAQ: "Sistem bu mənasız qərarın girovuna çevrilib" - Deputatdan SƏRT SÖZLƏR

!Reklam – Yazi

“Kim nə deyir desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də, birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri orta və ali təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlaması ilə bağlı fikirlərini bölüşən deputat Fazil Mustafa qeyd edib.

Fazil Mustafa bildirib ki, tədris ilinin sentyabrın 15-də başlaması dərsin keyfiyyətinə təsir edir və bu qərar yanlışdır:

“Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşıqlıq yaratmaq üçün verilib. Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur.

AZAL da təqribən bu qafa ilə biletə qiyməti yükləyir. Heç bir dəfə bu hərəkətin ağlabatan əsaslandırmasını eşitdinizmi? Burada da eyni qafa. Hava belə oldu, günəş elə getdi, külək belə əsdi – bunun modern binanın içindəki təhsilə nə dəxli? Günəş çox şüa yollasa, məktəb pəncərələrinin jalüzlərini aşağı salın, vəssəlam. Jalüz yoxdursa, valideynlərə deyin, pul yığıb düzəltsinlər. Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər. Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin?

Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Sentyabrın 1-i dərslər başlamalıdır!”

www.yenicag.az

7868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv