!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsilsizliyin uşaqların gələcəyinə vurduğu ZƏRBƏ: "İnkişaf birgə fəaliyyətdən asılıdır" - Aynur Musayeva

!Reklam – Yazi

“Bu sahədə sözün həqiqi mənasında əl-ələ verməkdən başqa yol yoxdur.Diasporla İş üzrə Dövlət Komitəsinin Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlı ailələrin uşaqlarının təhsili sahəsində atdığı addımlar, bu ölkədəki diasporumuzun fədakarlığı məni bu mövzuya bir daha diqqət çəkməyə vadar etdi”.

Bunu “Yeni Gündəm”ə açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib

Komitənin bu sahədəki geniş fəaliyyətini İstanbulda çəkilən “Vətən uzaqda deyil” proqramından izlədim. Ümummilli lider Heydər Əliyev adına və Milli Qəhrəman Mübariz İbrahimov adına məktəblərdə onlarla soydaşımız təhsil alır. 8 illik təhsilin necə keyfiyyətli təmin olunması, uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, ana vətənə və qardaş ölkəyə sevgilərinin sonsuz olması məni qürurlandırdı.

Türkiyədə qeydiyyatsız yaşayan ailələrin problemləri çox güman ki, zamanla həll olunacaq. Amma bu müddət uşaqların təhsilsiz qalmasına rəvac verə bilərdi. Diaspor Komitəsi və diaspor üzvləri gecikmədən fidan balalarımızın təhsil imkanlarını təmin edib, onları cəmiyyətə qazandırıb.

Təhsilsizlik uşaqların pis vərdişlərə yeyələnməsinə, təsir altına düşməsinə, arzuolunmaz həyata atılmasına meydan verə bilərdi. Əslində yüzlərlə azərbaycanlı məhz bu bəlalardan xilas olub.

Harada yaşamalarında asılı olmayaraq hər bir azərbaycanlının dövlətimizin, ölkə rəhbərliyinin onların arxasında olmasını hiss etməsi həm də bu cür layihələrin sayəsində mümkün olur.

Bu mənada bu sətirləri yazaraq Diaspor Komitəsinə, onun rəhbərliyinə, gənc və güclü siyasətçi Fuad Muradova təşəkkürümü çatdırmaq istədim.

Əlavə edim ki, “Vətən uzaqda deyil” proqramını izlədikdən sonra Uşaq İnkişaf Mərkəzinin rəhbəri kimi məktəblərdən biri ilə əlaqə yaratdım və onlara imkan daxilində kömək edəcəyimi bildirdim.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv