!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tək Millət, Tək Ürək”: Şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi - FOTOLAR

!Reklam – Yazi

 

Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənabErkan Özoralın təşəbbüsü Türkiyə Azərbaycan İşAdamları Sənayeçiləri İctimai Birliynin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi təşklatçılığı ilə həyata keçirilənTək Millət, Tək ÜrəkBeynəlxalq Humanitar Plaforması çərçivəsində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi Cəlilabad rayon İcraHakimiyyətinin dəstəyi ilə şəhid ailələri üçün növbətitədbir təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbir iştirakçıları ilk əvvəl Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların uyuduğu rayondakı Şəhidlər xiyabanı ziyarət olunub, məzarları üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.

Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən söz açıb, hərbi qulluqçuların göstərdiyi misilsiz şücaətlərdən bəhs edib.

Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçular ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova çıxışında Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərin xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad edildiyini, şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı ən ümdə vəzifə borcu hesab etdiyini vurğulayıb.

TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında isə bildirib ki, TÜİB olaraq həyata keçirdiyimiz “Tək Millət, Tək Ürək” Beynəlxalq Platforması çərçivəsində ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk. Şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2 min 300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. O qeyd edib ki, bu cür görüşlər davamlı olaraq təşkil ediləcək.

Tədbir daha sonra konsert proqramı ilə davam edib./Azərtac

 

 

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv